Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
DSX-dan Teleqraf.com-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2024-cü il tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin əlamətdar gün münasibətilə hazırladığı bayram konsertini izləyib, tədbir iştirakçılarına Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sözümüz imzamızdır” sənədli filmi nümayiş olunub.