Havalar istiləşdikdə yaşıllıqlarda həşərat sayının çoxalması səbəbindən dişləmə halları artır. Həşərat dişləmələri adətən tibbi müdaxiləyə ehtiyac olmadan özü-özünə sağalsa da, bəzi həşərat növlərinin dişləməsi təcili tibbi yardıma ehtiyacı yaradır.
Teleqraf.com xəbər verir ki, dəri xəstəlikləri üzrə mütəxəssis profssor Kamal Özyurtun sözlərinə görə, spreydən, kortizon tərkibli kremlərdən istifadə edərək qol və ayaqları qorumaq mümkündür.
Mütəxəssis qeyd edib ki, ağır reaksiyalarda sarğı və yara kremləri köməyə gələ bilər. Proses əqrəb və ilan sancması hallarında, xüsusilə, uşaqlarda və yaşlılarda daha diqqətlə izlənilməlidir.
“Həşərat dişləmələri dərinin qızarmasına, qabıqlı yaralara, qaşınmaya, şişlik və nəfəs darlığına səbəb ola bilir. Sonrakı günlərdə bədən temperaturu artır. Bu zaman həkimə müraciət etmək lazımdır. Yorğunluq və ürəkbulanma halları zəhərlənmə əlamətləri hesab olunur. Ancaq sadə bir həşərat sancması qızdırma yaratmırsa, bu, sadəcə infeksiya əlaməti kimi qəbul edilir” - həkim bildirib.
Özyurt vurğulayıb ki, gənə dişləməsi bədəndə görünməyən səpki şəklində yaranır: “Bu vəziyyətdə, hər hansı bir müdaxilə etmədən və ya onu aradan qaldırmağa çalışmadan əvvəl həkimə müraciət edilməlidir. Çünki gənə dişləmələrinin nəticəsində qanda infeksiyaların yaranma ehtimalı çoxdur”.