2 Sentyabr 18:48
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasının atmosferində tozlu hava şəraiti müşahidə olunur. Yayın istisində toz dumanı ilə müşayiət olunan hava kütləsinin haradan daxil olması insanları təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, tozun əsas səbəblərindən biri Abşeron yarımadasında iqlimin quraq, bitki örtüyünün isə çox zəif olmasıdır.

Rövşən Abbasov qeyd edib ki, belə ərazilər adətən yaşıl ərazilərə nisbətən daha tez tozlanır: “Ölkəmizin ərazisinə tropik enliklərdən, Xəzər dənizinin şərq sahillərində olan Qaraqum və Qızılqum səhrasından da tozlu duman daxil olur. Bu səbəblərdən müəyyən ərazilərdə havanın keyfiyyəti pisləşir.

Digər səbəb şəhərin özündə tozun yaranmasıdır. Bura daha çox tikinti şirkətlərinin fəaliyyəti daxildir. Əvvəllər nəqliyyat sektorunun fəaliyyəti ilə havaya toz daxil olurdu. Avtomobillərdən çıxan tüstülər birləşmələr halına gələrək toza çevrilirdi. Lakin Avro-5 standartları ilə nəqliyyatdan atmosferə daxil olan tozun miqdarı əhəmiyyətli dərəcədə azaldıb”.


Müəllif: Mələksəda Zeynallı, İradə Tağızadə

Oxşar xəbərlər