15 Sentyabr 09:02
24 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qidaların şirəsi onlar qədər faydalı və təsirli ola bilər. Tərkibindəki təbii vitaminlər və minerallar immunitet sistemini gücləndirməklə yanaşı ümumi sağlamlığı dəstəkləyir. Bu mayeləri gündəlik qida rasionuna əlavə etməklə orqanizmi canlandırmaq mümkündür.

Teleqraf.com xəbər verir ki, sarımsaq suyu sarımsağın faydalarını daha effektiv şəkildə əldə etməyə imkan verir.

Sarımsaq suyu tərkibindəki güclü antioksidantlar sayəsində immunitet sistemini dəstəkləyir. Xüsusilə soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı orqanizmin qorunmasını təmin edir.

Sarımsaqdakı allisin maddəsi; Bədəni bakteriya, virus və göbələklərdən qoruyur. Buna görə də sarımsaq suyunu xüsusilə qış aylarında istehlak etmək immuniteti gücləndirmək və xəstəliklərdən qorunmaq üçün çox təsirlidir.

Sarımsaq suyu ürək-damar sağlamlığına müsbət təsir göstərir. Qan təzyiqini tənzimləməyə və xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

Sarımsaq suyunun müntəzəm istifadəsi qan axınını yaxşılaşdırır və yüksək təzyiq riskini azaldır. Sarımsağın tərkibindəki komponentlər qan laxtalanmasının qarşısını alaraq infarkt və insult riskini də azalda bilər.

Sarımsaq suyu həzm sistemini tənzimləyən xüsusiyyətlərə malikdir. Mədəni sakitləşdirir, həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini sürətləndirərək qəbizlik kimi problemlərin qarşısını alır.

Sarımsaq suyu maddələr mübadiləsini sürətləndirən təsiri sayəsində arıqlamaq istəyənlər üçün ideal üsuldur. Tərkibindəki aktiv maddələr bədəndə yağ yığılmasını azaldır və onun yandırılmasını sürətləndirir.

İştahı idarə etməyə kömək edən sarımsaq suyu, daha az kalori qəbulunu təmin edir. Sarımsaq suyunun müntəzəm istifadəsi, sağlam bir pəhriz ilə birlikdə çəki nəzarətini dəstəkləyir.

Sarımsaq suyu sızanaq kimi dəri problemlərinə qarşı da təsirlidir. Antibakterial xüsusiyyətləri sayəsində dəri infeksiyalarının sağalmasına kömək edir, dərini təmizləyir və daha parlaq bir görünüş verir.

Sarımsaq suyu saç tökülməsinin qarşısını alaraq onları daha güclü və sağlam uzadır. Tərkibindəki kükürd və C vitamini saç köklərini qidalandırır və saçları daha parlaq edir.

Hazırlanması:

Sarımsağı soyun və doğrayaraq əzin. Bir qazana 1 stəkan su əlavə edib qaynatdıqdan sonra doğranmış sarımsağı suya əlavə edin. Sobanı söndürün və qarışımı 10-15 dəqiqə dəmləyin. Daha sonra süzərək sarımsaq suyunu əldə edə bilərsiniz. Bu suyu həm isti, həm də soyudulmuş halda içmək mümkündür.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər