12 Sentyabr 15:38
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevlə görüşüb.

Telqeraf.com xəbər verir ki, bu barədə Serbiya dövlət başçısı sosial şəbəkələrdəki hesabında paylaşım edib.

Serbiya Prezidenti qeyd edib ki, M.Babayevlə məhsuldar danışıqlar zamanı iki ölkə üçün vacib olan mövzuları, o cümlədən COP29-a hazırlıqları müzakirə edib:

“Serbiyanın davamlı inkişaf tədbirlərinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək ekoloji təşəbbüslərə sadiqliyini vurğulamaq istərdim. Söhbət zamanı Serbiyanın COP29 gündəliyinin əsas mövzusu olan iqlimin maliyyələşdirilməsi təşəbbüsünü dəstəklədiyini də vurğuladım”.

A.Vuçiç bildirib ki, COP29 prezidenti ilə danışıqlar zamanı “yaşıl keçid”ə qlobal investisiyanın vacibliyi vurğulanıb: “Serbiya qlobal iqlim məqsədlərinə nail olmaq üçün birgə töhfə vermək naminə sıx əməkdaşlığa və təcrübə mübadiləsinə hazırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər