13 Sentyabr 21:08
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

Onun sözlərinə görə, son üç il ərzində 53 mindən çox şəxs təhsil krediti üçün müraciət edib: "İndiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirilib. Bunlardan 35 %-i sosial, 65 %-i isə standart kreditlərdir Təhsil Tələbə Krediti Fondu (TTKF) dördüncü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə yeddinci semestrə başlayıb".

Nazir müavini vurğulayıb ki, bu tədris ilində kredit alan tələbələrin 63 %-i xanımlar, 37 %-i isə kişilərdir: "Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini göstərir. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8 min müraciət qeydə alınıb, 5 min kredit rəsmiləşdirilib. Bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20 % artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər