4 Noyabr 2024 11:14
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib.

Teleqraf.com xəbər verir ki, o, “X” hesabında millinin titulunu qoruduğunu yazıb.

"Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik", - deyə paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər