"Təyyarə qəzasında həlak olan şəxslərin ailələrinə və doğmalarına başsağlığı verirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin pleanar iclasında Xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini “Diplomatik xidmət haqqında” qanun layihəsinə edilən dəyişikliklər haqqında danışıb:
“Diplomatlar üçün əhəmiyyət kəsb edən yeni layihə üçüncü oxunuşdan keçdi. Bu münasibətlə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bu qanun layihəsini Milli Məclisə təqdim etmiş möhtərəm Prezidentə diplomatik xidmət orqanı əməkdaşları adından dərin təşəkkürümüzü bildiririk. Diplomatik xidmət orqanlarının fəaliyyəti və həmin orqanlarda xidmət keçən əməkdaşların təminatı ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və bu sahəyə xüsusi diqqət göstərilir”.