27 Dekabr 12:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya xarici işlər naziri Takeşi İvaya AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə qəzasından sonra Yaponiya XİN başçısı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova mesaj göndərərək faciə qurbanlarına rəhmət, yaralananlara isə şəfa diləyib.

Xatırladaq ki, 2 gün əvvəl Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər