Qroznı hava limanında uçuşlar məhdudlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-lər hava limanının baş direktoru Alvi Şahgiriyevə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hava limanı "Kovyor" planına əsasən, bağlanıb. Təyyarələrin limana qəbulu və limandan buraxılması dayandırılıb.
"Kovyor" planı Moskva vaxtı ilə saat 05:08-də elan olunub.