27 Dekabr 13:46
2 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” təyyarəsinin “qara qutusu”na ilk olaraq Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və dövlət aviasiya xidmətlərinin nümayəndələri giriş əldə ediblər.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri, general-mayor Alnur Musayev deyib.

O qeyd edib ki, yaz-yay aylarında Qazaxıstanda müxalif informasiya meydanı “təmizlənib” və vəziyyət Rusiyadakı kimidir. Generalın fikrincə, buna görə də hətta Qazaxıstanın “müxalifət” adlanan KİV-ləri də təyyarə qəzasının Rusiya versiyasını, yəni bunun “quş sürüsü ilə toqquşma” olduğu iddiasını təbliğ edir və həqiqəti hər vasitə ilə gizlədilməyə çalışırlar.

Musayev qeyd edib ki, dünən Rusiyada olduğu kimi Qazaxıstanda da hökumətin iclasında təyyarənin vurulmasından Rusiya Silahlı Qüvvələrinin məsul olması ilə bağlı sualdan yayınılaraq, fəlakətdə quşların iştirakından danışılıb.

“Daha doğrusu, hər hansı nəticə çıxarmağın tez olduğunu deyirlər. Ola bilsin ki, tezdir, amma bu gün bütün əlamətlər fəlakətin məhz Rusiya silahlı qüvvələrinin təqsiri üzündən baş verdiyinə işarə edir. Buna görə, mülki təyyarə Qroznıda vurulub” – general vurğulayıb.

Musayev qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları (FSB) və ölkənin aviasiya xidmətlərinin nümayəndələri Qazaxıstana gəliblər.

“Elektron sensorlarda və “qara qutu”da olanların ilkin araşdırılmasını aparıblar, yəni ilk girişi onlar ediblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər