Gürcüstanın müxalif siyasətçisi, keçmiş deputat və Milli Demokrat Partiyasının sədri Baçuki Kardava 54 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, son vaxtlar onun səhhətində problemlər olub.
B.Kardava Tbilisidə keçirilən etirazlarda fəal iştirak edirdi. Onun dekabrın 29-da 55 yaşı tamam olacaqdı.
Qeyd edək ki, siyasətçi 2003-cü ildən Milli Demokrat Partiyasının sədri olub, 2020-ci ildə müxalif “Güc birlikdədir” blokundan deputat seçilmişdi.