Qazaxıstanın “Qazaq Air” aviaşirkəti bir ay müddətinə Astana və Yekaterinburq (Rusiya) arasında uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Qazaq Air” cari ilin dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları təhlükəsizlik səbəbindən müvəqqəti dayandırmağa məcburdur”, – məlumatda deyilir.
Qurum qeyd edib ki, qərar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.