Ermənistan Avropa İqtisadi Birliyinin (AİB) heç bir sammitində iştirak etməyə bilər, amma təşkilat çərçivəsində əməkdaşlığı dayandırmağa və ya ondan çıxmağa hazır deyil.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Nikita Mendkoviç deyib.
“Paşinyanın Qərblə birlikdə qeyri-dost addımlara baxmayaraq, başa düşür ki, bu, iqtisadi vəziyyətə təsir göstərəcək. Bu səbəbdən Ermənistan AİB və KTMT ilə əməkdaşlığı davam etdirəcək”, - ekspert bildirib.
Mendkoviçin fikrincə, AİB-in son iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı mübahisə Qərbin tələbləri ilə bağlı “təcrübə məşqi” idi: “Çünki Paşinyan Ermənistanı buradan çıxara bilmir, ona görə də qalmaqallı vəziyyətlər yaradır”.