27 Dekabr 13:52
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Xocalı rayonunun Ballıca kəndinə ikinci dəfə köç prosesi gerçəkləşib, günorta saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Teleqraf.com xəbər verir ki, Xocalı rayonunun Ballıca kəndinə bu gün 21 ailə olmaqla, 119 nəfərə qucaq açıb. Kənddə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub.

Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyi seyr ediblər.

Kənddə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. İlk öncə Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi böyük ehtiramla yad olunub. T. Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt və firavan həyat arzulayıb. Mənzillərin açarları ailələrə təqdim edilib.

Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin Ballıca kəndində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd içməli su, elektrik enerjisi, təbii qaz və internetlə təmin edilib.

Qeyd edək ki, bir neçə əvvəldə Ballıca kəndinə ilk köç olmuşdu. İlk mərhələdə kəndə 27 ailə-152 nəfər köçürülüb.

***

11:58

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.

Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər