27 Dekabr 14:14
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibənin bitməsi üçün ən azı iki ssenari var - optimist və pessimist. Bunların heç biri Ukraynanın kapitulyasiyasını nəzərdə tutmur, amma biz də 1991-ci il sərhədlərinə qayıtmağı xəyal etməməliyik.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“İşğal olunmuş bütün ərazilərin qaytarılması uğrunda mübarizəmizi davam etdirəcəyik. İndi əsas odur ki, fasilə götürək, hərbi əməliyyatları dayandıraq və müharibənin növbəti mərhələsinə hazır olaq. Sonra ərazilərin qaytarılması məsələsini diplomatik və digər vasitələrlə həll edəcəyik”, - general bildirib.

Romanenko xatırladıb ki, dünya tarixində ərazilərin qaytarılması üçün presedentlər var: “Məsələn, Almaniya, Baltikyanı ölkələr, Kuril arxipelaqının dörd adası uğrunda mübarizə aparan Yaponiya. Ukrayna bu variantlardan birini seçə bilər”.

Hətta pessimist ssenari, generalın fikrincə, Ukraynanın tam kapitulyasiyası və ölkənin Rusiya tərəfindən tamamilə ələ keçirilməsini nəzərdə tutmur:

“Nə biz, nə də müttəfiqlərimiz buna gedəcək. Çünki Ukraynanın kapitulyasiyası müttəfiqlərimiz üçün də ciddi problem yaradacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər