Qazaxıstanın Aktau yaxınlığında baş vermiş təyyarə qəzasını araşdırmaq üzrə hökumət komissiyası 30 gün ərzində işin ilkin nəticələrini təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, bunu komissiyanın üzvü, ölkənin nəqliyyat nazirinin müavini Talqat Lastaev Kazinfom agentliyinə müsahibəsində deyib.
“Ümumilikdə, standartlara görə, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir”, - o qeyd edib.
Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş yerə toplanır və ekspertlər toplanmış sübutları qiymətləndirir.