Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yanvarın 20-dən 26-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 108 piyada əleyhinə və 69 tank əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Həmçinin qeyd edilib ki, 705,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.