Dərmandan zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilən 3 yaşlı uşaq vəfat edib.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb:
"Yanvarın 27-də 2022-ci il təvəllüdlü İsmayıllı rayon sakini dərmandan zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və vəziyyətinin ağırlığı nəzərə alınaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən ölüm faktı qeydə alınıb".