28 Yanvar 17:11
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda 507 nəfər dərmandan zəhərlənib.

Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, 2024-cü il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1835 nəfər qəbul qəbul edilib. Qəbul edilən şəxslərdən 507 nəfəri dərmandan zəhərlənmiş şəxslərdir.

"Onların hər birinə zəruri tibbi yardım göstərilib, stasionar müalicələri aparılıb. Səhhətləri tam yaxşılaşdıqdan sonra evə buraxılıblar" - məlumatda vurğulanır.


Müəllif: Nərmin

Oxşar xəbərlər