28 Yanvar 14:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Sədri (MSK) Məzahir Pənahov yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, müvəqqəti 7 köçkün dairə üzrə seçkilər olmayacaq:

"Ümumi köçkün seçicilərin sayı təxminən 400 mindir. İşğaldan azad edilmiş ərazilərdə seçkilər keçirilməyəcək. 685 bələdiyyə azad olunmuş əraziləri əhatə etmir. Ona görə də səsverənlərin sayı 5 milyon 951 min 986 nəfərdir.

Müvəqqəti seçki məntəqələri üzrə seçicilərin sayı da açıqlanıb. Sədr bildirib ki, qeyd olunan məntəqələr üzrə 86 min 185 nəfər səs verəcək.

O, həmçinin onu da vurğulayıb ki, seçicilərə bütün şərait yaradılıb.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər