28 Yanvar 16:19
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.

Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb. Ümumilikdə, təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb.

Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır",- məlumatda qeyd olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər