28 Yanvar 18:43
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehdiabad və “Sea Breeze” əraziləridə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin", - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər