Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təlim martın 6-dək davam edəcəkdir.
BƏXTİYAR