12 Mart 2015 08:53
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmit şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq bitmək üzrədir. “Xocalı Şəhidləri Abidəsi” İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. Aprelin 22-də Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinin iştirakı ilə abidənin açılışı gözlənilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər