“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcbari sığorta komitəsinin iclası keçirilib.
İclasda ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri – “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, eləcə də komitənin digər üzvləri – “AXA MBASK”, “İpək Yolu Sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Alfa Sığorta”, “Azsığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak edib.
Toplantı iştirakçıları əsasən Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı müzakirə edib. Qərara alınıb ki, Planda nəzərdə tutulmuş “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, sığorta şikayətlərinin açıq araşdırılması, avtomobil qəzaları ilə bağlı elektron arayışların alınması, kadr hazırlığının gücləndirilməsi məsələlərinə dair təkliflər və layihələr, həmçinin onların icra planları hazırlansın.
Naibə QURBANOVA