21 Mart 2015 21:40
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda bir ailənin 4 üzvü zəhərlənib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini Təyyar Sadıqov, onun həyat yoldaşı Samirə Sadıqova, övladları Rəvan və Kənan Sadıqovlar zəhərlənmə diaqnozu ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Ailə başçısı T. Sadıqov axşam yeməyi vaxtı bazardan aldıqları xiyar və pomidordan yedikdən sonra vəziyyətlərinin kəskin pisləşdiyini və xəstəxanaya müraciət etdiklərini deyib.

Ucar Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinin müdiri Gündüz Qasımov bildirib ki, hazırda uşaqların vəziyyəti kafi olsa da, valideynlərin müalicəsi xəstəxanada davam etdirilir.


Müəllif: