31 Mart 2015 14:45
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətində 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, xidmətin aparatında keçirilən anım mərasiminin iştirakçıları öncə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar. Tədbirin rəsmi hissəsi soyqrım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

DSX rəsinin müavini general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək vurğulayıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olubdur.

Tədbirdə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.

Anım mərasimi soyqırımdan bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

Tədbirlər planına uyğun olaraq DSX Aparatının və Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti martın 29-31-də Azərbaycan Hərbi Prokurorluğunda fəaliyyət göstərən Soyqırım Müzeyini ziyarət ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər