3 Aprel 2015 20:22
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər