6 Aprel 2015 16:32
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında məlumatlandırma sessiyası keçirilib.

Şura mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sessiyada 2015-ci ilin birinci maliyyə müsabiqəsi çərçivəsində maliyələşdirilən insan hüquqları və demokratiya və şəffalıq məsələləri istiqamətləri üzrə layihələrin rəhbərləri iştirak edib. Toplantıda çıxış edən şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektiv nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metadalogiyası ilə bağlı fikirlərini bildirib.

Şura Katibliyinin əməkdaşları Elnur Bağırlı və Mirzağa Zahidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıblar. Sessiyada QHT rəhbərləri layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı suallarını səsləndirib. Toplantının sonunda QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər