10 Aprel 2015 08:28
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə nəşr olunan “Bizim Ahıska” rüblük mədəniyyət jurnalının bütün nömrələrinin internet saytına yerləşdirilməsi böyük oxucu marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, jurnalın son nömrəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərin “Ahıska Aşıq mühitindən bir usta: Xəstə Həsən” adlı məqaləsi dərc edilib. Məqalə AMEA-ın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə 2012-ci ildə çap olunmuş “Ahısqalı Xəstə Həsən (şeirləri və şeirlərinin yaranması haqqında rəvayətlər)” kitabı haqqındadır.

AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamilin hazırladığı bu kitabda qədim və zəngin Ağbaba – Çıldır aşıq mühitinin Ahısqa qolunun ümumi mənzərəsi təsvir olunub, oxuculara Xəstə Həsən, onun ustadları, müasirləri və şagirdləri haqqında məlumat verilib, həmçinin bölgənin siyasi tarixi, coğrafiyası, adət-ənənələri və mədəniyyəti haqqında dolğun təsəvvür yaradılıb.


Müəllif: