Tovuz rayonunda maraqlı olay diqqəti cəlb edib.
AFN.az xəbər verir ki, rayonun Vahidli kənd sakini "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının şərəfinə adını dəyişib. Ayvazov Gündüz dünyaya gələn qızını xanım aparıcının şərəfinə Xoşqədəm adlandırıb. Özü isə 35 yaşının tamamında şəxsiyyət vəsiqəsini dəyişərkən adını dəyişib Hidayət qoyub. Bununla da o, qızının sənədlərdə Xoşqədəm Hidayətqızı adlandırılmasına nail olub. Balaca Xoşqədəm Hidayətqızının hazırda 2 yaşı var.