Təhsil müəssisələrində, iş yerlərində, mənzillərdə, mehmanxanalarda və digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, elektrik və qaz cihazları nəzarətsiz qoyulmamalıdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, insanların kütləvi toplaşdığı yerlərdə hər hansı şübhəli əşya gördükdə həmin əşyaya toxunmadan dərhal yaxında olan hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermək xahiş edilir.
Vətəndaşlara xatırladılır ki, irimiqyaslı idman və mədəni-kütləvi tədbirlərin keçirildiyi müxtəlif məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə böyük izdiham yaşana bilər. Belə yerlərdə uşaqlar nəzarətsiz qalmamalıdır. İzdihamlı yerlərdə xəsarət alma riski daha yüksəkdir. Odur ki, kütlə sürətlə hərəkət etməyə başlasa, özünüzü yıxılmaqdan qoruyun. Bunun üçün insan axınının sizi aparmasına imkan verin.