Mayın 9-da İsmayıllı poçt filialının İvanovka və Qalagah kəndlərindəki şöbələri üçün yeni binalar istifadəyə verilib. Hər iki binada əhaliyə keyfiyyətli poçt xidməti göstərmək üçün lazimi şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, kəndlərdə yeni poçt binalarının açılış mərasimləri keçirilib. Mərasimlərdə çıxış edən İvanovka icra ərazi dairəsi üzrə nümayəndə Olqa Jabina, poçt şöbəsinin müdiri Oleq Radayev, Qalagah kəndinin sakini Şahmalı Salmanov yeni binaların tikilməsini təqdir edib, əhaliyə göstərilən poçt xidmətinin daha da yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan danışıblar.