12 May 2015 13:29
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.

Teleqraf.com xəbər verir ki, mayın 1-dən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib.

“Heydər zirvəsi”nə Azərbaycanın bütün bölgələrindən ümumilikdə 600-dən artıq ziyarətçi qalxıb.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər