14 May 2015 12:48
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran və Quba rayonunun bəzi yaşayış məntəqələrinə dolu yağıb.

AZƏRTAC xəbər verir ki, Şabran şəhəri ərazisinə axşam saatlarında yağmağa başlayan dolu təxminən 15 dəqiqə davam edib.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, Şabrana, eləcə də Quba rayonunun Xaltan və Təngəaltı kəndlərinə düşən dolu 3-5 mm ölçüsündə olub.

Yağıntı qısamüddətli olduğundan bağlara və təsərrüfatlara ziyan dəyməyib.

Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.


Müəllif: