Mayın 15-də Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin II kursunda keçirilən “Seçmə fənn: Mədəniyyətşünaslıq”, “Orta oxu və nitq II”, “ Seçmə fənn: Azərbaycan dövlətçilik tarixi”, “Xarici dil I”, “Pedaqogika (Didaktika) II”, “Azərbaycan ədəbiyyatı”, həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin I kursunda “Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü”, “İxtisas ölkəsinin etnoqrafiyası”, “İxtisas ölkəsinin coğrafiyası” fənnləri üzrə imtahanların gedişini izləyib.
Rektor sessiyanın əvvəlki sessiyalardan fərqli olaraq mayın 31-dək yekunlaşacağını deyib. İmtahanın gedişi ilə maraqlanan Səməd Seyidov tələbələrdən nəzəri fənnlərin imtahan sualları ilə əvvələcədən tanış olub-olmadıqlarını soruşub.
Qeyd edək ki, təhsil nazirinin 2014/2015-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə müvafiq olaraq Səməd Seyidov bu ilin 6 aprel tarixində imzaladığı 32 saylı əmrinə əsasən universitetdə yaz imtahan sessiyası mayın 12-dən 31-dək keçiriləcək. Bu il ADU-da keçirilən yaz imtahan sessiyasında imtahan sualları aidiyyatı üzrə fənnin proqramına uyğun olaraq öncədən tələbələrə təqdim olunub.
SEVİL