Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis bölməsində Azadlıq prospekti, 289 ünvanında yerləşən yanan binanın sakinlərinə yardım verilməsinə başlanılıb.
Teleqraf.com-un əməkdaşının bildirdiyinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, yanan binanın sakinlərinə birdəfəlik 1000 manat pul vəsaiti veriləcək.
Hacıbala Abutalibov bildirib ki, yanğın nəticəsində vətəndaşlara dəyən ziyan hesablanacaq və onlara yardım ediləcək. BŞİH rəhbəri həmçinin, yanan binanın bir ay ərzində təmir ediləcəyini də bildirib.
Hacı Zeynalov