26 May 2015 14:04
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonundakı Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşlar müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər.

Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub.

Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi ilə bağlı müraciətlər, bir sıra təşəbbüslər səsləndirilib.

Sumqayıt şəhərindəki Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Xızı rayonunda Mikayıl Müşfiqin ev-muzeyində yeni ekspozisiya planının hazırlanması, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibatına köməklik göstərilməsi, rayonun Bartaz kənd uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Xızı rayonunda XIX əsrə aid olan dəyirmanın bərpa olunması, Abşeron rayonu Siyan kəndi ərazisində arxeoloji qazıntıların aparılması ilə barədə müraciətlər olub.

Abşeron yarımadasında turizmin inkişafı ilə bağlı infoturların təşkili, Sumqayıtın turizm imkanlarının öyrənilməsi və inkişaf konsepsiyasının hazırlanması məqsədilə mütəxəssislərin cəlb olunması haqqında müraciətlər edilib.

Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı xahişlər olub.
Görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, sakinlərlə ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər