22 İyun 2015 20:16
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron məktəb üçün elektron müəllim” kurslarına start veriləcək. Məktəblilərin yay tətili günlərində də davam edəcək təlimlərə iyun ayının 22-i saat 14:00-dan başlanacaq.

Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin Teleqraf.com-a verdiyi xəbərə görə, sözlərinə görə, "Elektron məktəb üçün elektron müəllim” kursları 2014-cü ilin avqust ayından keçirilir. İnstitutun nəzdində keçirilən təlimlərin iştirakçılarına sonda Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilir. Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınır.

Almaz Həsrət bildirdi ki, “Elektron məktəb üçün elektron müəllim” təlim kurslarının Azərbaycanın bölgələrində də davam edilməsi qərara gəlinib: “Bunun üçün istənilən bölgənin RTŞ və məktəb rəhbəri institutumuza müraciət edə bilərlər. Kurslar “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununa uyğun olaraq təşkil edilir”.

Kursun təlimçisi olaraq Almaz Həsrət bildirdi ki, kursun müddəti 30 saatdır: “ilk 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilir, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edilir. Kursun formatı: Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur.

Kursun istiqamətlərinə “Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. mövzular daxildir. Kurslarda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır”.

Təlimçi dedi ki, kursun müdavimləri: pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, psixoloqlar, məktəbəqədər təhsil müəssisəsi və orta məktəb direktorları və müxtəlif fənn müəllimləri ola bilər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər