5 İyul 2015 00:05
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Hazırda ətrafınıza daha çox yaxşı adamlar toplaşıb. Onların kömək və məsləhətlərindən yararlanın.

BUĞA - İxtiyarınızda olan bu təqvimdə ilk öncə işgüzarlığınızı artırmağa çalışın. Əsas işləriniz yarımçıq qaldığı təqdirdə istirahət etməyin. Yeni sövdələşmələrə də hazır olun.

ƏKİZLƏR - İqlimin qəfil dəyişkənliyi və proseslərin əsəbi müstəviyə keçməsi səhhətinizlə bağlı problemlər yarada bilər. Odur ki, özünüzü qorumağa güc verin. Göy-göyərti çox yeyin.

XƏRÇƏNG - Bürcünüzün ən gözəl günlərindən birini yaşayacaqsınız. Bütün proseslər xeyrinizədir. Ulduzlar büdcənizə xeyir verəcək. Amma sizə ehtiyac duyan insanlara baş çəkməyi də unutmamalısınız.

ŞİR - Mənəvi və ruhi baxımdan uğurlu gündür. Göy qübbəsi bütün hərəkətlərinizi tənzimləyəcək. Özünüzü qorumağa çalışın ki, bəzi xoşagəlməz hadisələr ovqatınızı poza bilməsin.

QIZ - Riskli qərar çıxarmayın. Əks təqdirdə həmişəki kimi yanılacaqsınız. Başqaları ilə məsləhətləşməməyinizə ulduzlar da təəccüblənir. Unutmayın ki, çox vaxt "tək əldən səs çıxmır".

TƏRƏZİ - Hansısa xırda məsələyə görə bu qədər sıxıntı keçirməyiniz nəyə lazım? Axı çıxış yollarını hamıdan yaxşı siz bilirsiniz. Özünüzü çətinliyə salmaqdansa, qəti qərar verin. Yeri gəlsə, məsləhətləşin.

ƏQRƏB - Sizin üçün istirahət etməkdən söhbət belə gedə bilməz. Əksinə, bütün işgüzar görüşlərinizi bu təqvimə təyin etməlisiniz. Çünki ən uğurlu gün məhz sizin bürcün bəxtindədir.

OXATAN - Ulduzlar bəyan edir ki, yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Səfər, fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. Qohumlarla mübahisələrə yol verməyin.

OĞLAQ - Nədənsə son vaxtlar sürətlə ötən günlərdən mənəvi zövq ala bilmirsiniz. Bu problemi aradan qaldırmaq istəyirsinizsə, qonaq gedin. Narahatlığı yalnız bu cür dəf edə bilərsiniz.

SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə daha çox sizin bürc üçün büdcə artımı olduğuna işarə edir. Bəxtinizi sınamaq pis olmazdı. Amma riskli və yeni işlərdən də uzaqlaşmalısınız.

BALIQLAR - Səhhətinizə fikir verə bilsəniz, günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Qayğınıza qalanlar sizi darıxmağa qoymayacaq. Bu gün dünyadan gedənlərinizə dualar oxuyun.


Müəllif:

Oxşar xəbərlər