“Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu işlər çərçivəsində “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işlərinə aparılır.
Teleqraf.com xəbər verir ki, bu gündən etibarən sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.
İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.
İLHAMƏ