Bu ilin 6 ayı ərzində 15 cinayət işi üzrə 30 nəfərin barəsində olan iş məhkəmələrə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilin birinci yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, özəl sektor üzrə 11 cinayət işi üzrə 17, tikinmti sektoru üzrə 10 cinayət işi üzrə 21, ticarət sahəsi üzrə 11 cinayət işi üzrə 11, kənd təsərrüfatı sahəsi üzrə 3 cinayət işi üzrə 9, təhsil sahəsi üzrə 6 cinayət işi üzrə 13, səhiyyə sahəsi üzrə 6 cinayət işi üzrə 6, bələdiyyələrlə bağlı 3 cinayət işi üzrə 4, yerli icra orqanı ilə bağlı 3 cinayət işi üzrə 3 nəfərin barəsində cinayət işləri məhkəmələrə göndərilib.
Hacı Zeynalov