3 Avqust 2015 10:08
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Tacir Şahmalıoğlunun bir neçə gün əvvəl dənizdə batan qardaşının cəsədi dünən tapılıb.

Teleqraf.com-un məlumatına görə, 36 yaşlı Mahir Allahverdiyevin dəfn mərasimi bu gün baş tutacaq.

Mərhumun nəşi saat 11:00-da Yeni Yasamaldakı evindən götürüləcək.

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər