6 Avqust 2015 14:43
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə tədbirlər keçirilir.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şəki rayonu İnçə kənd məscidi dini icmasında belə tədbirlərdən biri baş tutub. Tədbirdə DQİDK sədrinin I müavini Səyyad Salahlı, ilahiyyatçı Saleh Kazımov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbə müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, gənclər, din xadimləri, ziyalılar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Eyni zamanda Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” layihəsinin təqdimatı və həmin layihə çərçivəsində “İslam birlik dinidir” mövzusunda dəyirmi masa keçirilib.

Avqustun 3-də isə İsmayıllı şəhər “Cümə” məscidi dini icmasında, Diyallı kənd məscidi dini icmasında dəyirmi masa keçirilib, milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olduğu haqqında geniş söhbətlər aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər