“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin məşğulluq probleminin həllinə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində bir qrup qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrindən olan gənclər üçün işədüzəlmə, səmərəli iş axtarılması, vakansiyaların izlənilməsi, müsahibə və müsabiqələrə hazırlıq, iştirakla bağlı bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, təlim interaktiv metodlarla reallaşıb.
Təlimdə bir neçə gəncin işə düzəlməsi ilə bağlı dövlət və özəl sektordan olan iş yerlərinə müraciət üçün sənədlər hazırlanaraq təqdim edilıb. İki gün davam edən təlim çərçivəsində təlim iştirakçılarına motivasiya məktublarının hazırlanması, CV-lərin düzəldilməsi, dövlət qulluğuna qəbul, “Elektron Hökumət”dən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
BƏXTİYAR