Türkiyədə ər qoca qayınanasının yanına baxıcı kimi yerləşdirdiyi qadınla xanımına xəyanət edib.
Teleqraf.com Türkiyə məatbuatına istinadən xəbər verir ki, əri tərəfindən aldadıldığını öyrənən Meliha Ovçunun səhhətində ciddi problemlər yaranıb. Həkimlər xəstəyə böyrək nəqli edilməsinin lazım olduğu söyləyiblər.
Ərinin sevgilisi Meliha Ovçuya böyrəyini təklif edib.
"Habertürk"ün məlumatına görə, 1 uşaq sahibi olan Meliha Ovçu ilə Məmməd Ovçu cütlüyünün xoşbəxt günləri 5 il əvvəl yekunlaşıb. Məmməd 34 yaşlı Ayşe Imdat adlı qadınla tanış olub. Bir müddət sonra isə onu qayınanasının yanına baxıcı kimi yerləşdirib. Qadın həyat yoldaşının ona xəyanət etdiyini öyrənib. Ancaq böyrək xəstəsi olan və dializ müalicəsi alan Meliha Ovçu Ayşe İmdatı qəbul edib.
12 il dializə bağlı yaşayan Meliha Ovçu 2011-ci ildə Ayşe İmdatdan nəql edilən böyrəklə yenidən həyata bağlanıb. Əməliyyat sonrasında Meliha Ovçu "Həyat yoldaşımızı bölüşürdük, indi böyrəyimizi paylaşırıq" deyib. Ayşe İmdat isə " qayıdanda də Melihaya özüm baxacağam" -söyləyib.
Ancaq bu xoşbəxtlik uzun çəkməyib. Melihanın bədəni böyrəyi qəbul etməyib və 8 ay sonra böyrək əməliyyatla çıxarılıb. Meliha yenidən dializə başlayıb. Bundan əlavə Məmməd Ovçu və Ayşe İmdatda Meliha Ovçunu tək qoyaraq Avanosa köçüb.
18 yaşlı oğulu ilə yaşayan Meliha Ovçu ikinci dəfə böyrək nəqli üçün yenidən xəstəxanaya müraciət edib. O, "birinci əməliyyatdan sonra ikisi də verdiyi sözü tutmadı. İndi oğlumla kiçik bir ev tutmuşuq. 3 ildir ki, həftənin 3 günü dializə gedirəm" deyib.
Rüstəm