Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Qubadlı rayon ictimaiyyəti, döyüşçülərlə birlikdə Qubadlının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər.
QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, ziyarət iştirakçıları Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin məzarları üzərinə, Türk Şəhidliyi abidəsinə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. Ziyarətin sonunda QAT sədri Akif Nağı, din xadimi Tahir Abbaslı, Qarabağ döyüşçüləri Aydın Şükürov, Qələndar İsmayılov, Rəhman Cəfərov, Solmaz Alıyeva, Cəfər Həşimov və digərləri ürək sözlərini deyiblər. Çıxışçılar xüsusi olaraq vurğulayıblar ki, Qubadlı və digər ərazilərimiz yalnız hərbi yolla işğaldan azad oluna bilər.
Səxavət