Detoks içkilər arasında yaşıl çay ən güclü təsirə malikdir. Yaşıl çay içdikdən sonra özünüzü daha yaxşı, daha gümrah hiss edəcəksiniz. Ona görə də hər gün 2 stəkan yaşıl çay için.
Publika.az orqanizmi təmizləyən bir günlük detoks reseptini də təqdim edir:
Səhər saat 7:
Ağıllı bədən məhsulları: günün ilk saatlarında tərkibində hər hansı kimyəvi maddə olan qidalardan uzaq durmağa çalışın. Hazır aldığınız qidaların tərkibini oxuyun. Mütəxəssislər nəinki yemək üçün aldığınız, ümumiyyətlə, istifadə etdiyiniz hər məhsulun tərkibinə diqqət etməyi tövsiyə edir. Məsələn, kosmetik məhsullarda olan kimyəvi maddənin qadınlarda yumurtalıq xəstəliklərinə və uşağın şikəst doğulmasına səbəb ola biləcəyini deyir. Məsələn, yuyunarkən duş geli yerinə bir neçə gün kəklikotu və ya lavandalı sudan istifadə edin. Həmin bitkilər günə daha enerjili və xoş əhval-ruhiyyədə başalamağınıza kömək edəcək. Təbii tərkibli bədən losyonları da günün necə keçməsinə birbaşa təsir göstərir.
Səhər saat 8:
Yenə təbii tərkibli qidalara üstünlük verin. toksinləri orqanizmdən xaric etməyin ən yaxşı yolu təbii qidalara üstünlük verməkdir. Sağlam həyat tərzinin də əsas şüarı kimyəvi qatqısız qidalardan uzaq durmaqdır. Həmçinin, satıcısından meyvə və tərəvəzlərin haradan gəldiyini soruşmağı unutmayın. Dərmanla yetişdirilmiş meyvə və tərəvəzlərdən uzaq durmağa çalışın. Yerli məhsul alın.
Səhər saat 9:
Limonlu ilıq su: Səhər qəhvə içmək ciyərlərə zərər verir. Kofein damarların həddindən artıq çalışaraq ürək ritminin pozulmasına səbəb olur. Limon isə təmizləyici təsirə malikdir. Səhər yeməyindən bir saat sonra bir stəkan ilıq limonlu su içmək orqanizmi təmizləyir və nəticədə özünüzü daha yaxşı hiss edirsiniz.
Günorta saat 1:
Mikrodalğalı sobaya yox deyin! Burada qızdırılan yeməklər qan dövranı və ifrazat sistemlərinə təsir edir.
Günorta saat 3:
Su şüşə butulkada olmalıdır. Hər gün 2 litr su içmək lazım olduğunu hamımıza bəllidir. Amma plastik şüşədəki suyu içməyin zərərli olduğunu çox az adam bilir. Bundan başqa, şüşəni yarımçıq doldurmayın. Çünki bakteriyalar sudakı oksigenlə çoxalmağa başlayır.
Axşam 7:
Qızartma yeməkləri unudun! Yeməkləri çox bişirməyin. Bəzi teflon tavalar da çox qızdırıldıqda zərərli olur. Buxarda bişmiş tərəvəzlərə üstünlük verin.
Axşam 9:
Araşdırmalar qədim mebellər və xalçalarda görülən PDBE maddəsinin sağlamlığa zərər verdiyini göstərib. Köhnə kreslo örtüklərini dəyişdirin və xalçanın rəngi ağarıbsa, atın getsin. Çünki PDBE maddəsi həm mikrob yuvaları deməkdir, həm də vintaj əşyalar özünüzü ruhən yorğun və köhnəlmiş hiss etməyinizə səbəb olur.