9 Sentyabr 2015 13:18
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər